İMAM MƏHDİ (əc) və UZUN ÖMÜRLÜLÜK

ƏSRİN İMAMININ ÖMRÜNÜN UZUNLUĞU “KİMƏ UZUN ÖMÜR VERSƏK, ONU XİLQƏTCƏ DƏYİŞİB TƏRSİNƏ ÇEVİRƏRİK (UŞAQ KİMİ OLAR)” AYƏSİ İLƏ UYĞUNDURMU?

CAVAB
“Yasin” surəsinin 68-si ayəsində ilahi bir qayda, təbiət qanunu açıqlanılır. Yəni fiziki yetkinliyə çatmış hər bir insan tədricən öz qüvvələrini itirməyə başlayır. Beləcə, o, öz körpəliyindəki zəiflik halına qayıdır. Belə bir qayda bütün canlı aləmə münasibətdə qüvvədədir. Bütün canlıları belə bir aqibət gözləyir.

Əvvəl onu qeyd edək ki, təbiət elmlərinə əsasən, Əsrin İmamının (əc) uzun ömrü mümkün sayılır. Bunu da qeyd etməliyik ki, imama məxsus olan ömür istisna bir ömürdür.

Başqa sözlə, elm min illik və daha uzun ömrü mümkün sayır. Bu iş mümkün sayılmasaydı, məşhur təbiətşünas alimlər insan ömrünü uzatmaq üçün ciddi araşdırmalarla məşğul olmazdılar. Onlar insanlara ümid verirlər ki, bir gün uzun ömrün sirri açılacaq.

Lakin bunu da inkar etmək olmaz ki, hazırda belə bir ömür istisna sayılmalıdır. Hələ ki, bəşəriyyət uzun ömür yaşamağın sirrini tapmayıb. Allah seçilmiş bir bəndəsinə ona görə belə uzun ömür verib ki, müəyyən bir məqamda həmin şəxs qiyam etsin və yer üzündə ədalət bərqərar olsun.

Qeyd olunan Quran ayəsi isə adi insanlar haqqındadır və müstəsna bir şəxsə aid edilməyə bilər.

Bir sözlə, istisna olaraq bir şəxsə belə uzun ömür verən Allah onu istənilən zəiflikdən də qoruyar. Bu məsələ nəzərdə tutulmuş Quran ayəsinə qətiyyən zidd deyil. Çünki ayə əksər adi insanlara aiddir.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr
Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni
Tәrcümә еdәn: А. Turаn

Səsləndirdi: T. Məmmədli

Müəllif:

Kateqoriyası: