İSTİĞASƏ DUASI 🔈

Seyid Əlixan “Kəlimut-təyyib”də buyurur ki, bu İmam Zamanın (əc) istiğasə (kömək diləmə) duasıdır. Harda olsan “Həmd” və istədiyin surə ilə iki rəkət namaz qıl. Yaxşı olar ki, bu namazda birinci rəkətdə “Həmd” surəsindən sonra “Fəth” surəsi, ikinci rəkətdə isə “Nəsr” surəsi oxunsun.

Sonra açıq səma altında üzü qibləyə dayanıb de:


Duanı səsli dinlə:


Duanı ərəbcə oxu:

Səlamullahil-kamilut-tammuş-şamilul-ammu və sələvatuhud-daimətu və bərəkatuhul-qaimətut-tamməh, əla Huccətillahi və vəliyyihi fi ərzihi və biladih, və xəlifətihi əla xəlqihi və ibadih,
və sulalətin-nubuvvəti və bəqiyyətil-itrəti vəs-səfvəh, Sahibiz-Zəmani və muzhiril-iman və muləqqini əhkamil-Quran,
və mutəhhiril-ərzi və naşiril-ədli fit-təvli vəl-ərz vəl-Huccətil-Qaimil-Məhdiyyil-İmamil-Muntəzəril-Mərziyy, vəbnil-Əimmətit-tahirin, əl-Vəsiyyibnil-Əvsiyail-mərziyyin, əl-hadil-məsum ibnil-Əimmətil-hudatil-məsumin

Əssəlamu ələykə ya Muizzəl-mumininəl-mustəz`əfin.
Əssəlamu ələykə ya Muzilləl-kafirinəl-mutəkəbbirinəz-zalimin.
Əssəlamu ələykə ya Məvlayə ya Sahibəz-Zəman.
Əssəlamu ələykə yəbnə Rasulillah.
Əssəlamu ələykə yəbnə Əmiril-muminin.
Əssəlamu ələykə yəbnə Fatimətəz-Zəhrai, səyyidətin-nisail-aləmin.
Əssəlamu ələykə yəbnəl-Əimmətil-hucəcil-məsumin, vəl-imami ələl-xəlqi əcməin.
Əssəlamu ələykə ya Məvlayə səlamə muxlisin ləkə fil-vilayəh.

Əşhədu ənnəkəl-İmamul-Məhdiyyu qəvlən və fila və əntəlləzi təmləul ərzə qistən və ədla, bə`də ma muliət zulmən və cəvra, fə əccələllahu fərəcəkə və səhhələ məxrəcə, və qarrəbə zəmanəkə və kəssərə ənsarəkə və əvanək və əncəzə ləkə ma vəədək, fə huvə əsdəqəl-qailin
“və nuridu ən nəmunnə ələlləzinəstuzifu fil-ərzi və nəc`ələhum əimmətən və nəc`ələhumul varisin.”

Ya Məvlayə ya Sahibəz-Zəmani yəbnə Rasulillah, hacəti (… … …arzu və hacətini istə)


Fəşfə` li fi nəcahiha, fəqəd təvəccəhtu iləykə bi hacəti liilmi, ənnə ləkə indəllahi şəfaətən məqbulətən və məqamən məhmudə, fə bihəqqi mən-ixtəssəkum bi əmrih, vərtəzakum li sirrini və biş-şə`nilləzi ləkum indəllahi bəynəkum və bəynəh, səlillahə təala fi nuchi və tələbəti və icabəti də`vəti və kəşfi kurbəti.


Duanın ərəbcə mətni:

سَلامُ الله الكامِلُ التَّامُّ الشَّامِلُ العامُّ وَصَلَواتُهُ الدَّائِمَةُ وَبَرَكاتُهُ القائِمَةُ التَّامَّةُ عَلى حُجَّةِ الله وَوَليِّهِ في أرضِهِ وَبِلادِهِ وَخَليفَتِهِ عَلى خَلقِهِ وَعِبادِهِ وَسُلالَةِ النُّبوَّةِ وَبَقيَّةِ العِترَةِ وَالصَّفوَةِ، صاحِبِ الزَّمانِ وَمُظهِرِ الايمانِ وَمُلَقِّنِ أحكامِ القُرآنِ وَمُطَهِّرِ الأرضِ وَناشِرِ العَدلِ في الطّولِ وَالعَرضِ، وَالحُجَّةِ القائِم المَهديِّ الإمام المُنتَظَرِ المَرضيِّ وَابنِ الأئِمَّةِ الطَّاهِرينَ الوَصيِّ بنِ الأوصياءِ المَرضيّينَ الهادي المَعصومِ بنِ الأئِمَّةِ الهُداةِ المَعصومينَ

 السَّلامُ عَلَيكَ يا مُعِزَّ المُؤمِنينَ المُستَضعَفينَ السَّلامُ عَلَيكَ يا مُذِلَّ الكافِرينَ المُتَكَبِّرينَ الظَّالِمينَ، السَّلامُ عَلَيكَ يا مَولايَ يا صاحِبَ الزَّمانِ السَّلامُ عَلَيكَ يابنَ رَسولِ الله السَّلامُ عَلَيكَ يابنَ أميرِ المُؤمِنينَ، السَّلامُ عَلَيكَ يابنَ فاطِمَةَ الزَّهراءِ سَيِّدَةِ نِساءِ العالَمينَ، السَّلامُ عَلَيكَ يابنَ الأئِمَّةِ الحُجَجِ المَعصومينَ وَالإمامِ عَلى الخَلقِ أجمَعينَ السَّلامُ عَلَيكَ يا مَولايَ سَلامَ مُخلِصٍ لَكَ في الوِلايَةَ،

أشهَدُ أنَّكَ الإمامُ المَهديُّ قَولاً وَفِعلاً وَأنتَ الَّذي تَملأُ الأرضَ قِسطاً وَعَدلاً بَعدَ ما مُلِئَت ظُلماً وَجَوراً؛ فَعَجَّلَ الله فَرَجَكَ وَسَهَّلَ مَخرَجَكَ وَقَرَّبَ زَمانَكَ وَكَثَّرَ أنصارَكَ وَأعوانَكَ وَأنجَزَ لَكَ ما وَعَدَكَ، فَهُوَ أصدَقُ القائِلينَ: وَنُريدُ أن نَمُنَّ عَلى الَّذينَ استُضعِفوا في الأرضِ وَنَجعَلَهُم أئِمَّةً وَنَجعَلَهُم الوارِثينَ

 يا مَولايَ يا صاحِبَ الزَّمانِ، يابنَ رَسولِ الله حاجَتي كذا وكذا (واذكر حاجتك عوض كذا وكذا) فَاشفَع لي في نَجاحِها فَقَد تَوَجَّهتُ إلَيكَ بِحاجَتي لِعِلمي أنَّ لَكَ عِندَ الله شَفاعَةً مَقبولَةً وَمَقاماً مَحموداً، فَبِحَقِّ مَن اختَصَّكُم بِأمرِهِ وَارتَضاكُم لِسِرِّهِ وَبِالشَّأنِ الَّذي لَكُم عِندَ الله بَينَكُم وَبَينَهُ سَلِ الله تَعالى في نُجحِ طَلِبَتي وَإجابَةِ دَعوَتي وَكَشفِ كُربَتي


Duanın Azərbaycan dilində tərcüməsi:

Allahın kamil, tam, şamil, əhatəli və daimi salamı, əbədi və kamil bərəkətləri Allahın yer üzündəki, Öz diyarındakı höccəti və vəlisinə, məxluqatı və bəndələri üzərindəki xəlifəsinə, nübüvvət sülaləsinə, Əhli-beytin qalan (yer üzündə yaşayan) üzvünə, bəyənilib-seçilmiş zəmanənin sahibinə, imanı aşkar edənə, Quran hökmlərini təlim verənə, yer üzünü zülm və haqsızlıqlardan təmizləyənə, ədaləti dünyanın hər yerində yayana, intizarı çəkilən və Allahın bəyəndiyi Qaimə, Höccətə, İmam Məhdiyə, pak imamların övladına, Allahın razı olduğu vəsilərin övladı olan vəsiyə, hidayət edənə, məsum və hidayətçi məsum imamların övladına olsun!

Salam olsun sənə, ey möminlər və zəiflərə izzət verən! Salam olsun sənə, ey kafirləri, təkəbbürlüləri və zalımları xar edən! Salam olsun sənə, ey mənim mövlam, ey Sahibəz Zəman (zəmanənin sahibi)! Salam olsun sənə, ey Rəsulullahın oğlu! Salam olsun sənə, ey Əmirəlmöminin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey məsum höccət və imamların oğlu və məxluqatın imamı! Salam olsun sənə, ey mənim mövlam. İmamət və vilayətinə ixlasla iman gətirənin salamını məndən qəbul et!

Şəhadət verirəm ki, sən söz və əməldə hidayət olunmuş İmamsan. Sən yer üzünü zülm, haqsızlıq və ədalətsizliklə dolduqdan sonra haqq-ədalətlə dolduracaqsan. Allah sənin zühurunu tezləşdirsin, (qeyb pərdəsi arxasından) çıxmağını asanlaşdırsın, hakimiyyət dövrünü yaxınlaşdırsın, köməkçilərinin sayını artırsın və Onun sənə vəd etdiklərini gerçəkləşdirsin. O, danışanların düzdanışanıdır (və Quranda buyurmuşdur:) “Biz istədik ki, o yer üzündə zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.”

Ey mənim Mövlam, ey Sahibəz Zəman, ey Rəsulullahın övladı, mənim hacətim bunlardır … (… … … hacətini istə)

Belə isə, sən hacətimin qəbul olunmasında mənə şəfaətçi ol və mən hacətimlə sənə üz tutmuşam. Bilirəm ki, sənin Allah dərgahında qəbul olunan və bəyənilən məqamın vardır.

Sizi Öz əmrinə (xilafətə) xas bilən, Öz sirrinin qorunması üçün bəyənib-seçənə və sizin Allahın dərgahında olan məqamınıza xatir, Allahdan istə ki, mənim istəyimi rəva etsin, dualarımı qəbul etsin və qəm-qüssəmi aradan qaldırsın.

Müəllif:

Kateqoriyası: