FƏRƏC DUASI 🔈

Mərhum Kəf`əmi “Bələdul-əmin” kitabında “İlahi, əzuməl-bəla” duasının İmam Məhdiyə (əc) aid olduğunu, onu zindanda olan birinə öyrətdiyini və həmin zindandakı şəxsin bu duanı oxumaqla azad olmasını qeyd edir.


Duanın ərəbcə oxunuşu:

Bismillahir Rəhmanir Rəhim.

İlahi! Əzuməl-bəla və bərihəl-xəfa, vənkəşəfəl-ğita vənqətəər-rəca və zaqətil-ərzu və muniətis-səma. Və Əntəl-mustəanu və iləykəl-muştəka. Və ələykəl-muəvvəlu fiş-şiddəti vər-rəxa. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Ulil-əmril-ləzinə fərəztə ələyna taətəhum və ərrəftəna bizalikə mənzilətəhum. Fəfərric ənna bihəqqihim fərəcən acilən qəriba, kələmhil-bəsər əv huvə əqrəbu ya Muhəmmədu ya Əliyyu, ya Əliyyu ya Muhəmməd. İkfiyani fəinnəkuma kafiyan, vənsurani fəinnəkuma nasiran.

Ya Məvlana ya Sahibəzzaman! Əlğəvs, əlğəvs, əlğəvs. Ədrikna, ədrikna, ədrikna. Əs-saətə, əs-saətə, əs-saəh. Əl-əcəl, əl-əcəl, əl-əcəl. Ya Ərhəmər-rahimin, bihəqqi Muhəmmədin və alihit-tahirin.


دعاء صاحِب الأمر عجل الله فرجه الشریف

قال الكفعمي في البلد الأمين: هذا دعاء صاحِب الأمر (عليه السلام) وقد علّمه سجيناً فأطلق سراحه:

اِلـهي عَظُمَ الْبَلاءُ، وَبَرِحَ الْخَفاءُ، وَانْكَشَفَ الْغِطاءُ، وَانْقَطَعَ الرَّجاءُ، وَضاقَتِ الاَرْضُ، وَمُنِعَتِ السَّماءُ، واَنْتَ الْمُسْتَعانُ، وَاِلَيْكَ الْمُشْتَكى، وَعَلَيْكَ الْمُعَوَّلُ فِي الشِدَّةِ والرَّخاءِ، اَللّـهُمَّ صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد، اُولِي الاَمْرِ الَّذينَ فَرَضْتَ عَلَيْنا طاعَتَهُمْ، وَعَرَّفْتَنا بِذلِكَ مَنْزِلَتَهُمْ، فَفَرِّجْ عَنا بِحَقِّهِمْ فَرَجاً عاجِلاً قَريباً كَلَمْحِ الْبَصَرِ اَوْ هُوَ اَقْرَبُ،

يا مُحَمَّدُ يا عَلِيُّ – يا عَلِيُّ يا مُحَمَّدُ  اِكْفِياني فَاِنَّكُما كافِيانِ، وَانْصُراني فَاِنَّكُما ناصِرانِ،

يا مَوْلانا يا صاحِبَ الزَّمانِ، الْغَوْثَ الْغَوْثَ الْغَوْثَ، اَدْرِكْني اَدْرِكْني اَدْرِكْني، السّاعَةَ السّاعَةَ السّاعَةَ، الْعَجَلَ الْعَجَلَ الْعَجَل، يا اَرْحَمَ الرّاحِمينَ، بِحَقِّ مُحَمَّد وَآلِهِ الطّاهرین


Duanın tərcüməsi:

Bağışlayan və Mehriban Allahın adı ilə.

İlahi! bəlalar böyüdü, gizli sirlər aşkarlandı, pərdələr kənara çəkildi, ümidlər kəsildi. Yer (bizə) daraldı, göylər (öz nemətini) əsirgədi. Kömək edə biləcək yardımçımız Sənsən. Şikayətlərimiz yalnız Sənədir. Asanlıq və çətinlikdə yalnız Sənə sığınır və etimad edirik. İlahi! Bizlərə itaətlərini vacib etdiyin, bununla da (bu itaət vasitəsilə də) onların məqamını bizə tanıtdırdığın əmr sahiblərimiz olan Muhəmməd və Ali Muhəmmədə salam və salavatını göndər. Onların haqqına xatir bizlərə təcili olaraq, tezliklə, bir göz qırpımında və ondan da tez (bir vaxtda) qurtuluş (çətinliklərin düyünü üçün açılış) və rahatlıq bəxş et.

Ya Muhəmməd! Ya Əli! Ya Əli! Ya Muhəmməd! Siz (Allahın vacib buyurduğu (sizə olan) bağlılığım, məhəbbətim və itaətimə görə) mənə (problemlərimin həllində) yetərli olun. Həqiqətən də, siz yetərlisiniz. Mənə (Allahın sizlərə bəxş etdiyi ixtiyar və qüdrətlə) kömək edin. Həqiqətən də, siz yardım edənsiniz.

Ey mənim Mövlam, ey Sahibəz-zaman! Fəryada yetiş, fəryada yetiş, fəryada yetiş! Əlimi tut, əlimi tut, dadıma çat! Elə indicə, elə bu saat, elə bu an. Tez, çox tez, təcili!

Ey rəhimlilərin ən rəhimlisi, Muhəmməd və Ali Muhəmmədin haqqına (dualarımı qəbul et)!


Azərbaycan dilində duanı səsləndirdi: Allahverdiyeva Turanə

Müəllif:

Kateqoriyası: