İMAM ZAMANIN (əc) İMAMƏTİNİN DÖVRLƏRİ 🔈

İmam Məhdinin (əc) həyatı üç dövrdən ibarətdir.

1. Gizli həyat dövrü: Həzrətin (əc) gizli həyat dövrü doğum günündən atası imam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.

2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, İmam Məhdinin (əc) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür:

Kiçik (qısamüddətli) qeyb dövrü: 260-cı hicri-qəməri ilində imam Həsən Əskərinin (ə) şəhadətə yetməsi ilə İmam Məhdinin (əc) imamlıq dövrü və bu tarixdən etibarən, o Həzrətin (əc) kiçik qeyb dövrü də başladı. Kiçik qeyb dövrü 329-cu hicri-qəməri ilinə qədər, təxminən, 70 il davam edib.

Böyük (uzunmüddətli) qeyb dövrü: Bu dövr 329-cu hicri-qəməri ilindən başlayıb və Allahın əmri və iradəsi ilə qeyb buludlarının çəkilib dünyanın vilayət günəşi ilə işıqlanacağı günə qədər davam edəcək.

3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci imam (əc) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, haqq və ədalətlə dolduracaqdır. Heç kim o İmamın (əc) nə vaxt zühur edəcəyini bilməz və rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilib.

Allahdan istəyirik ki, o Həzrətin zühurunu tezləşdirsin, o Həzrətin zühuru ilə dünyanı haqq-ədalətlə doldursun və möminlərin qəlblərini sevindirsin!

Mənbə: Maide.Az
Mətni səsləndirdi: Arzu Zeynalova

Müəllif: