YALANÇI “MƏHDİ”LƏRƏ İNANMA AMİLLƏRİ 🔈

ƏGƏR HƏZRƏT MƏHDİNİN (əc) ŞƏXSİYYƏTİ AŞKAR İDİSƏ, NƏ ÜÇÜN BİR ÇOXLARI YALANÇI MƏHDİLƏRƏ İNANIRDI?

CAVAB
Əhməd Katib deyir: “Əgər Həzrət Məhdinin (ə) xilaskar olması aydın idisə, nə üçün bir çoxları Həzrət Əlinin (ə), onun oğlu Hənəfiyyənin, İmam Sadiqin (ə), İmam Kazimin (ə), İmam Hadinin (ə) oğlu Seyid Məhəmmədin, hətta İmam Əsgərinin (ə) “Məhdi” olmasını iddia edirdi?”

Məsələni araşdıraq:
1. Əgər Həzrət Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə Həzrət Məhdinin zühuru, onun imam Əsgərinin (ə) oğlu olması aşkar şəkildə bəyan olunmuşdusa, hansı əsasla başqalarını Məhdi (ə) saymaq olardı?! Amma bəziləri zülm-sitəmi şiddətli görüb, eyni zamanda bütün Əhli-beyti (ə) saydığından bəzən Mehdişünaslıq ümidi ilə imamların sorağına gedirdi. Belələri, adətən, sadəlövh və nadan insanlar olmuşdur. Əlbəttə ki, uyğun məsələyə siyasi durumun da təsiri danılmazdır.
2. Başqalarını “Məhdi” sayanlar qısa bir müddət sonra şiələrə qoşularaq öz iddialarından əl çəkmişlər.
3. Bir məzhəbin əqidəsi onun alimləri ilə təsbit olunur. İmam Əsgərinin (ə) övladı Məhdinin (əc) zühuruna əqidə əksər şiə alimlərinin qəti fikridir.
4. Haqqında danışılan dövr ziddiyyətli olduğundan bəziləri bir müddət başqalarını “Məhdi” saymışlar. Amma qısa bir müddətdən sonra şəkk-şübhələr aradan qalxmışdır.

Kitаbın аdı: Əsrin İmamı Məhdi Sahibəz-Zamanla (əc) tanışlıq
Tәrcümә еdәn: M. Əhməd
Mətni səsləndirdi: Aynur Quliyeva

Müəllif:

Kateqoriyası: