İMAM MƏHDİNİN (əc) HƏYATINA QISA BİR BAXIŞ

On ikinci imamımız, Peyğәmbәrin (s) son canişini İmam Məhdi (әc) 255-ci һicri-qәmәri ilinin Şəban ayının 15-də cümә günü, dan yeri sökülәn zaman İraqın Samirra şәһәrindә dünyaya gәlmişdir. Hörmәtli atası, şiələrin on birinci imamı Hәzrәt Həsən Əskəri (ə), anası isə Nərcis (Nərgiz) xatundur vә onun kimliyi haqda müxtәlif rəvayətlər nəql edilmişdir. Bir rəvayətə görə; Nərgiz xanım, Rum imperatorunun oğlu “Yəşua”nın qızıdır. Onun da anası Hәzrәt İsanın (ә) vәsisi Şәm`unun nəslindəndir. Rəvayətlərә görə, qәribә bir yuxu nəticəsində müsəlman olmuşdur. Müsəlmanlara qarşı döyüşә keçən Rum ordusuna qoşulur və nəhayət, dostları ilə birlikdə müsəlmanlara әsir düşür.

İmam Hadi (ə) bir nəfəri göndәrir ki, onu alıb Samirraya gətirsin. Bununla bağlı müxtәlif rəvayətlər nəql olunsa da, diqqәti cәlb edәn әn önəmli mәsәlә Nərgiz xatunun İmam Hadinin (ә) bacısı Hәkimənin evində qalıb, ondan dini tәlim-tәrbiyә alması vә Həkimə xanımın ona böyük һörmәt bәslәmәsidir. (“Biharül-ənvar”, c. 5, h. 29, s. 22 və h. 14, s. 11.)

İllər öncə Peyğəmbəri-Әkrәm (s), Әmirәl-möminin Әli (ә) və İmam Sadiqin (ә) kәlamlarında Nərgiz xatun uca bir qadın vә “cariyә”lərin ən yaxşısı və sәrvәri olaraq tanıtdırılır. Demәk lazımdır ki, imam Zamanın (ә) anası Nərgiz xatun Susən, Reyhanə, Məleykə, Seyqәl kimi başqa adlarla da çağrılarmış. (“Qeybəti Tusi”, h. 478, s. 470.)

İMAM MƏHDİNİN (əc) ADI, KÜNYӘSİ VӘ LӘQӘBLӘRİ

İmam Zamanın (әc) adı və künyәsi İslam Peyğəmbərinin (ә) adı və künyәsi ilә eynidir. Bəzi rəvayətlərdə onun zühuruna qədər adının çəkilməsi qadağan edilmişdir. O Hәzrətin məşhur lәqәblәri bunlardır: Mehdi, Qaim, Müntәzәr, Bəqiyyәtullah, Höccət, Xәlәfüs-Saleh, Mәnsur, Sahibül-Əmr, Sahibәz-Zaman, Vәliyyi Әsr.

Bu lәqәblәrin içində ən məşhuru “Məhdi”dir və hәr biri Hәzrәtə xas xüsusiyyətə işarədir.

İMAM MƏHDİNİN (əc) XÜSUSİYYƏTLƏRİ

Məsumların (ə) hədislərində İmam Məhdinin (ə) xüsusiyyətləri haqda belə buyurulur: “O, ibadət əhli, gecə ibadətlə məşğul, zahid, sadə yaşayan, səbirli, helmli, ədalətli və yaxşılığı sevəndir. O, elmdə hər kəsdən üstün, mübarək bədəni təmizlik və bərəkət qaynağı, qiyam və cihad əhlidir. Böyük dünya inqilabının rəhbəri, son xilaskarı və bəşəriyyətə vəd edilən islahatçıdır. O, çox nurani, Rəsulullahın (s) nəslindən, Həzrət Fatimənin (ə) övladlarından və İmam Hüseyinin (ə) nəslindən olan doqquzuncu övladıdır. Zühur zamanı Kəbəyə söykənəcək və Peyğəmbərin (s) bayrağını əlinə alacaq. Qiyamı ilə dünyanın hər tərəfində Allahın dinini dirçəldəcək, hökmlərini dünyanın hər yerində icra edəcək və dünyanı zülmlə dolduqdan sonra haqq-ədalətlə dolduracaqdır.” (“Müntəxəbül-əsər”, 2-ci fəsil, səh.329-383.)

İMAM MƏHDİNİN (əc) HƏYAT MƏRHƏLƏLƏRİ

İmam Məhdinin (əc) həyatı üç dövrdən ibarətdir:
1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü təvəllüdündən atası İmam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.

2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, İmam Məhdinin (əc) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti  əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür:

a) Kiçik (qısamüddətli) qeyb dövrü: 260-cı hicri ilində İmam Həsən Əskərinin (ə) şəhadətə çatması ilə İmam Məhdinin (əc) imamlıq dövrü və bu tarixdən etibarən, o Həzrətin kiçik qeyb dövrü də başladı. Kiçik qeyb dövrü 329-cu hicri ilinə qədər, təxminən, 70 il davam etdi.
b) Böyük (uzunmüddətli) qeyb dövrü: Bu dövr 329-cu hicri ilindən başlanmışdır və Allahın əmri və iradəsi ilə qeyb buludlarının çəkilib dünyanın vilayət günəşi ilə işıqlanacağı günə qədər davam edəcək.

Qeyd etmək lazımdır ki, şiələr kiçik qeyb dövründə xüsusi nümayəndələr vasitəsilə İmamla (əc) əlaqə saxlayır, ilahi vəzifələrini öyrənib, həyatlarını da İmamın (əc) göstərişləri istiqamətində tənzim edirdilər. Ancaq böyük qeyb dövrünün başlanması ilə bu əlaqə kəsilir. Bundan sonra möminlər dini vəzifələrini əldə etmək üçün İmamın (əc) ümumi nümayəndələrinə üz tutmalı olurlar. Bu nümayəndələr təqvalı və imanlı din alimləri, böyük “mərcəi-təqlidlər”dən ibarətdirlər. Bu aydın yol İmam Məhdinin (ə) etibarlı şiələrindən birinə yazdığı məktubda ifadə olunmuşdur. İmamın ikinci xüsusi nümayəndəsi tərəfindən çatan bu məktubun bir hissəsində belə buyurulur:

وَ أَمّاَ الْحَوادِثُ الْواقِعَة فَارْجِعوا فيها إِلى رُواةِ حَديثِنا فَإِنَّهُم حُجَّتى عَلَيكُم وَ أَنَا حُجَّةُ اللهِ عَلَيهِم …

  • “Gələcəkdə baş verəcək hadisələr zamanı (ilahi vəzifələri əldə etmək üçün) bizim hədislərimizi nəql edənlərə (fəqihlərə) müraciət edin. Çünki onlar mənim sizlərə höccətim, mən də onların üzərində Allahın höccətiyəm…” (”Kəmalud-din”, c. 2, fəsil: 45, h. 3, s. 236.)

3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci imam (əc) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, qardaşlıq, dostluq və ədalətlə dolduracaqdır. Heç kim vəd edilən İmamın (ə) nə vaxt zühur edəcəyini bilməz. Rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir.

Mənbə: Maide.az – Maarif bölümü

Müəllif: