HƏZRƏT MƏHDİNİN (əc) NƏSLİ

HƏZRƏT MƏHDİ (Ə) KİMİN NƏSLİNDƏNDİR?

Bütün müsəlmanlar yekdil olaraq qəbul edirlər ki, həzrət Məhdi (ə) Peyğəmbər (s) ailəsindəndir.

Səd ibn Müsəyyib deyir: “Ümmü-Sələmənin yanında idim. Həzrət Məhdidən (ə) söhbət düşdü. Ümmü-Sələmə dedi: “Həzrət Peyğəmbərdən (s) belə eşitdim: “Məhdi (ə) Fatimə (s) övladlarındandır.”1

Əbu-Səid Xidri deyir: “Həzrət peyğəmbərdən (s) eşitdim: “Yer üzünü zülm-sitəm bürüməmiş qiyamət qopmaz. Sonra ailəmdən olan bir şəxs qiyam edər (qalxar) və yer üzündə ədaləti bərpa edər.”2

İmam Baqir (ə) buyurmuşdur: “Məhdi (ə) Fatimə övladlarındandır.”3

Kitаbın аdı: Əsrin İmamı Məhdi Sahibəz-Zamanla (ə) tanışlıq
Tәrcümә еdәn: M. Əhməd


1. “Sünəni-İbn Macə”, c. 2, s. 1364.
2. “Müsnədi-Əhməd”, c. 3, s. 36.
3. “Bihar”, c. 51, s. 43.

Müəllif:

Kateqoriyası: