SÜNNİ ALİMLƏRİ İMAM MƏHDİ (əc) HAQQINDA

On ikinci imam Həzrət Məhdi (əc) barəsində sünni alimlərindən nəql olmuş bir neçə rəvayəti oxuculara təqdim edirik.

الصَّحِيح لِلْبُخَارِيِّ: قَالَ رَسُولُ اللَّهِ (ص) كَيْفَ اَنْتُمْ اِذَا نَزَلَ ابْنُ مَرْيَمَ فِيكُمْ وَ اِمَامُكُمْ مِنْكُمْ

Sünni alimi və “Səhih” kitabının müəllifi Buxari nəql edir ki, Allahın Rəsulu (s) buyurub: “İsa ibni Məryəmin nazil olaraq sizin aranıza gəldiyi və imamınızın da sizdən olduğu zaman vəziyyətiniz necə olacaq?!” (1) 

اَلْمَهْدِيُّ حَقٌّ وَ هُوَ مِنْ وُلْدِ فَاطِمَةَ

Buxari özünün başqa bir kitabı olan “Tarixi Buxari”də yazır: “Məhdi haqdır və o, Fatimənin övladlarındandır.” (2) 

Sünni alimi və “Səhih” kitabının müəllifi Əbu Davud nəql edir ki, Allahın Rəsulu (s) buyurub:

قَالَ رَسُولُ اللَّهِ (ص) لاَ تَذْهَبُ اَوْ لاَ تَنْقَضِي الْدُّنْيَا حَتَّي يَمْلِكَ الْعَرَبَ رَجُلٌ مِنْ اَهْلِ بَيْتِي يُوٰاطِئُ اسْمُهُ اسْمِى

“Mənim Əhli-beytimdən və adı mənim adımla bir olan bir kişi ərəblərə hakim olmayınca dünya keçib getməyəcək və ya sona çatmayacaq.” (3) 

Allahın Rəsulunun (s) bu barədə danışdığı digər mənbələrdə də qeyd olunub:

الصَّحِيح للتِّرْمِزِيِّ: قَالَ رَسُولُ اللَّهِ (ص) لاَ تَذْهَبُ الْدُّنْيَا حَتَّي يَمْلِكَ الْعَرَبَ رَجُلٌ مِنْ اَهْلِ بَيْتِي يُوٰاطِئُ اسْمُهُ اسْمِى

“Mənim Əhli-beytimdən və adı mənim adımla bir olan bir kişi ərəblərə hakim olmayınca dünya keçib getməyəcəkdir.” (4) 

الصَّحِيح لابن ماجه: قَالَ رَسُولُ اللَّهِ (ص) الْمَهْدِيُّ مِنَّا اَهْلَ الْبَيْتِ

“Məhdi biz Əhli-beytdəndir.” (5) 

مسند احمد: قَالَ رَسُولُ اللَّهِ (ص) تُمْلَأُ الْاَرْضُ ظُلْمًا وَ جَوْرًا ثُمَّ يَخْرُجُ رَجُلٌ مِنْ عِتْرَتِي يَمْلِكَ سَبْعًا اَوْ تِسْعًا فَيَمْلَأُ الْاَرْضَ قِسْطًا وَ عَدْلاً

“(Bir zaman) yer üzü zülmlə, haqsızlıqla dolacaq, sonra mənim itrətimdən olan bir kişi zahir olaraq yeddi (və ya səkkiz) il hakimiyyətdə olacaq, yer üzünü haqq-ədalətlə dolduracaq.” (6) 

* * *

“Ğəraibul-Qur’an” kitabının müəllifi Həsən ibni Məhəmməd Nişapuri “Nur” surəsinin 55-ci ayəsinin (“Allah siz müsəlmanlardan iman gətirib yaxşı işlər görənlərə və’də verib ki, onları mütləq yer üzündə (Öz) canişini və hakim edəcək”) təfsirində İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) belə buyurduğunu nəql edir: 

قَالَ رَسُولُ اللَّهِ (ص) لَوْ لَمْ يَبْقَ مِنَ الدُّنْيٰا اِلاَّ يَوْمٌ وٰاحِدٌ لَطَوَّلَ اللَّهُ ذٰلِكَ الْيَوْمَ حَتَّىٰ يَخْرُجَ رَجُلٌ مِنْ أَهْلِ بَيْتِى يُوٰاطِئُ اسْمُهُ اسْمِى وَ كُنْيَتُهُ كُنْيَتِى، يَمْلأُ اْلاَرْضَ عَدْلاً وَقِسْطًا كَمٰا مُلِئَتْ جَوْرًا وَ ظُلْمًا

“Əgər dünyanın axırına bir gündən artıq qalmamış olsa belə, Allah o günü o qədər uzadacaq ki, mənim Əhli-beytimdən olan bir kişi qiyam etsin. Onun adı mənim adımla, künyəsi mənim künyəmlə birdir. O, yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaq.”


1-“Səhihi Buxari”, “Bəd’ul-xəlq” kitabının 2-ci hissəsi, “İsa ibni Məryəmin nazil olması” bölməsi; “Səhihi Müslim”, 1-ci cild, 1-ci hissə, “İsa ibni Məryəmin nazil olması” bölməsi
2-“Tarixi Buxari”,
3-cü cild, səh. 3463-“Səhihi Əbu Davud”, 2-ci cild, səh. 207
4-“Səhihi Tirmizi”, Dehli çapı, 1342-ci h.q, 2-ci cild, səh. 46
5-“Səhihi İbni Macə”, “Fitən” bablarından olan “Xuruc-ul-Məhdi” bölməsi
6-“Müsnədu Əhməd”, 3-cü cild, səh. 28

Müəllif:

Kateqoriyası: